• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Balaxanıdakı qətllə bağlı cinayət işi açıldı

HADİSƏ

15 Iyun 2024 | 09:15

Balaxanıdakı qətllə bağlı cinayət işi açıldı

Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakıvaxtı.az-a Sabunçu rayon prokurorluğundan bildirilib.

“İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

“Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub”, – rayon prokurorluğu əlavə edib.

Xatırladaq ki, ötən gün şəxsi münasibətlər zəminində baş vermiş insidentdə 18 yaşlı gənc qətlə yetirilib.


SON XƏBƏRLƏR