Bu ilin yanvar-may aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 603.6 milyon manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 21,06% və ya 105 milyon manat, aylıq müqayisədə isə 25,6% və ya 123 milyon artıb.
Qeyd edək ki, cari ilin iyun ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,97% və ya 369 milyon manat artaraq 38 milyard 548.3. milyon manat təşkil edib.
Xatırladaq ki, yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 798.6 milyon manat faiz gəliri əldə ediblər.
Bakı 



