• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Bankların adından saxta reklamlar paylaşılır - FOTO

CƏMİYYƏT

08 Iyun 2023 | 11:05

Bankların adından saxta reklamlar paylaşılır - FOTO

“Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosial kampaniyalar barədə saxta reklamlar paylaşılır. Vətəndaşlardan kampaniyada iştirak üçün göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələri tövsiyə edirik”, - məlumatda bildirilib.
 


SON XƏBƏRLƏR