Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlardan birinin bankomatda unutduğu pul vəsaitini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı S.Süleymanov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər tədbir zamanı rayon ərazisində iaşə obyektlərindən birindən 900 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı R.Kərimov da saxlanılıb.
Araşdırma aparılır.
Bakı 



