• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Banqladeşin yeni rəhbərini Azərbaycanla bağlayan səbəb - müşavir imiş

CƏMİYYƏT

08 Avqust 2024 | 12:16

Banqladeşin yeni rəhbərini Azərbaycanla bağlayan səbəb - müşavir imiş

Nobel Sülh mükafatçısı, UNEC rektorunun müşavri Muhammad Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

UNEC-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan Muhammad Yunus ilk dəfə 2016-cı ildə UNEC-in qonağı olub. “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış edən Muhammad Yunusa UNEC-in Fəxri doktoru adı verlib və müvafiq diplom təqdim edilib. Konfrans çərçivəsində UNEC-də Yunus Sosial Biznes Mərkəzi (YSBM) yaradılıb.

    2024-cü ilin mart ayında Nobel mükafatçısı Muhammad Yunusun iştirakı ilə UNEC-də yaradılmış Yunus Sosial Biznes Mərkəzinin açılışı olub. Tələbələr arasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılan həmin mərkəzdə professor Muhammad Yunus ilk mühazirəsini də söyləyib.

    2024-cü ilin mart ayının 29-da isə Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusun UNEC-in missiyasına töhfə vermək istəyini əsas tutaraq o, UNEC rektorunun müşaviri təyin edilib.


    SON XƏBƏRLƏR

    09 Sentyabr 2024