• Bakı 16° C

    0.9 m/s

"Barselona" müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb

İDMAN

09 Oktyabr 2026 | 01:10 | Müəllif: Subhan Mahmudov

"Barselona" müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb

İspaniya təmsilçisi "Barselona" sağ cinah müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni sözləşməsi 2030-cu ilədək nəzərdə tutulub. 19 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, 8 yaşından klubun akademiyasında çıxış edib. Espart əsas komandada debütünü bu il UEFA Çempionlar Liqasında "Nyukasl"a (İngiltərə) qarşı oyununda edib.

Müdafiəçi əsas komandada ümumilikdə 11 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026