“Barselona” ciddi itki ilə üzləşib.
Bakıvaxtı.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Jordi Alba sıradan çıxıb.
Çempionlar Liqasında “Bavariya” ilə oyunda zədələnən ispaniyalı futbolçunun bu il yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Onun gələn ilin yanvarında məşqə başlayacağı gözlənilir.
















