• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Baş ağrısı nədən yaranır? - Yerinə görə növü...

CƏMİYYƏT

08 Oktyabr 2024 | 17:35

Baş ağrısı nədən yaranır? - Yerinə görə növü...

Əgər ciddi bir problem yoxdursa, baş ağrısı əsasən ilk növbədə uzun müddət ac, susuz qaldıqda yaranır. Bundan başqa əsəb, stress, yüksək səslə musiqi dinləmək də baş ağrısı ilə nəticələnə bilir.

Bakıvaxtı.az bildirir ki, baş ağrısının istiqaməti bədəninizdə hansı problemlərin olduğunu göstərə bilər. Aşağıda bəzi baş ağrısı növləri və onların səbəbləri barədə məlumat verilib:

Alın hissə: Sinus infeksiyaları, gərginlik, göz yorğunluğu bu növ ağrılara səbəb ola bilər. Adətən, bu tip ağrı sinüzitə və ya stressə bağlı olur.

Gicgahda: Migrendən və ya gərginlikdən qaynaqlanır. Gicgah ağrıları bəzən stressin, yorğunluğun və ya hormonal dəyişikliklərin nəticəsi ola bilər.

Başın arxa tərəfində və boyunda olan ağrı: Boyun və kürək gərginliyi, pis duruş və ya osteoartrit bu ağrılara səbəb ola bilər.

Göz ətrafında olan ağrı: Göz problemi, məsələn, qlaukoma olmaq ehtimalı var. Bu tip ağrılar daha ciddi ola bilər və dərhal tibbi yardım tələb edə bilər.

Başın bir tərəfində olan ağrı: Migrendən qaynaqlanır. Bir tərəfli baş ağrıları tez-tez ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunur.

Başın hər iki tərəfində olan ağrı: Gərginlik baş ağrıları buna səbəb olur. Bu tip ağrılar adətən sıxıcı, təzyiq kimi hiss olunur və stressdən qaynaqlanır.

Qeyd edək ki, əgər baş ağrıları davamlı və ya çox güclüdürsə, mütləq həkimə müraciət etmək lazımdır. /milli.az


SON XƏBƏRLƏR

20 Dekabr 2024