• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Baş nazir Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumundan danışdı

SİYASƏT

15 Mart 2022 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

Baş nazir Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumundan danışdı

"2021-ci ildə Zəngəzur dəhlizi ilə bağlı görülən işlər böyük siyasi nailiyyət və siyasi qələbə kimi qiymətləndirilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov hökumətin 2021-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə əməli tədbirlər görülüb və görülməyə davam etdirilir.

"Bundan əlavə, martın 11-də İran ərazisindən keçməklə Şərqi Zəngəzru iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması istiqamətində Anlaşma Memorandumu imzalanıb. Bu kommunikasiya bağlantıları regionun inkişafına böyük töhfələr verəcək”, - deyə Baş nazir vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026