• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Əli Əsədov görüş keçirdi

    CƏMİYYƏT

    14 Sentyabr 2026 | 14:17 | Müəllif: Əli Hüseynov

    Əli Əsədov görüş keçirdi

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 14-də Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.

    Nazirlər Kabinetindən Bakıvaxtı.az-a bildiriblər ki, maliyyə naziri Sahil Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan ilə AİB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub.

    Nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

    2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası Azərbaycan-AİB əməkdaşlığının yeni mərhələsi üçün mühüm çərçivə kimi dəyərləndirilib, enerji, nəqliyyat və su infrastrukturu üzrə nəzərdə tutulan yeni layihələrin ölkəmizin uzunmüddətli inkişaf prioritetlərinə uyğunluğu diqqətə çatdırılıb.

    Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR