• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz

DÜNYA

05 Mart 2025 | 17:15

Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz

Qrenlandiya satılmır və onu əldə etmək olmaz.

Bakıvaxtı.az Avropa KİV-ə istinadən xəbər verir ki, Qrenlandiyanın baş naziri Mute Egede ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına bu şəkildə cavab verib.

Tramp martın 4-də Konqresdəki çıxışında Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürməkdə maraqlı olduğunu yenidən təsdiqləyib.

"Qrenlandiya bizimdir. Biz nə amerikalı, nə də danimarkalı olmaq istəyirik, biz kalaallitlərik. Amerikalılar və onların lideri bunu başa düşməlidir", - Egede öz “Facebook” səhifəsində yazıb.

O vurğulayıb ki, Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri həll edir.

Tramp Konqresdəki çıxışında əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar "hər nə olursa-olsun Qrenlandiyanı əldə edəcək". O, qrenlandiyalıları zəngin edəcəyinə və adanı "əvvəllər mümkün hesab etmədiyiniz yüksəkliklərə" qaldıracağına söz verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026