• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Baş prokuror Suraxanıda vətəndaşları qəbul edəcək

SİYASƏT

06 Fevral 2026 | 12:00

Baş prokuror Suraxanıda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev fevralın 12-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Suraxanı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədəBakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR

05 Fevral 2026