• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib

Gündəm

30 Aprel 2024 | 12:47

Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib

Bu günə qədər azad edilmiş ərazilərdən ən azı 608 nəfərə aid insan qalığı müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

    O bildirib ki, insan qalıqlarının aşkar olunması ilə bağlı bir neçə istiqamət var: “Orada bərpa işləri həyata keçirilir. Bu zaman aşkar olunan insan qalıqları ilə bağlı koordinasiyalı şəkildə yaradılmış qrup hadisə yerinə ezam olunur, insan qalıqları aşkar edilir, daha sonra şəxsiyyəti müəyyənləşdirilməsi üçün işlər həyaya keçirilir. Xocalı rayonu ərazisində tikinti işləri zamanı 3 kütləvi məzarlıq aşkar edilib”.


    SON XƏBƏRLƏR

    20 May 2024