• Bakı 24° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Basketbolçularımız Qazaxıstanda keçirilən turnirdə bürünc medal qazandı

İDMAN

28 Iyun 2025 | 15:23

Basketbolçularımız Qazaxıstanda keçirilən turnirdə bürünc medal qazandı

26-28 iyun tarixlərində Qazaxıstanın Atırau şəhərində 16 yaşa qədər oğlan basketbolçular arasında "Airom Cup" beynəlxalq turniri baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycanın U-16 millisını bürünc medal qazanıb.

Yığma komanda "Auyl Sport"a 60:33, "Keepers"ə 71:16, "Kutaisi"yə 58:51 hesabı ilə qalib gəlib, "Barsy Atırau"ya isə 54:72 hesabı ilə məğlub olub.

Bu nəticələrdən sonra türkiyəli mütəxəssis Erhan Tokerin rəhbərlik etdiyi milli komanda beynəlxalq turnirini 3-cü pillədə tamamlayıb.


SON XƏBƏRLƏR