• Bakı 17° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi

CƏMİYYƏT

30 Mart 2025 | 00:07

Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi

Vətəndaş Pərviz Babazadə başqasının törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrum edilib.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, Pərviz Babazadənin sözlərinə görə, bir müddət əvvəl Səxavət Bayramovdan günü 15 manata icarəyə avtomobil götürüb.

Taksi fəaliyyəti ilə məşğul olan Pərviz deyir ki, müştəri az olduğundan avtomobili geri qaytarıb. Amma həmin vaxt adına olan etibarnaməni ləğv etdirmək yadından çıxıb.

Onun sözlərinə görə, cərimələr dayanma və durma qaydasının pozulması və digər inzibati xətalara görədir. Bildirir ki, həmin cərimələrə görə sürücülük hüququ da məhdudlaşdırılıb.

Ekspertlər deyirlər ki, qanuna əsasən sonuncu etibarnamə Pərviz Babazadədə olduğu üçün törədilən inzibati xətaların cəriməsi ona gəlir.

Belə olduğu halda vətəndaş adına olan etibarnaməni ləğv etdirmək üçün məhkəməyə müraciət etməlidir. Daha sonra sübuta yetirilsə ki, həmin vaxt sükan arxasında Pərviz Babazadə olmayıb, cərimə məbləği avtomobilin əsl sahibinə yazılacaq.

Ətraflı süjetdə:


SON XƏBƏRLƏR

31 Mart 2025