• Bakı 18° C

    2.44 m/s

Batareya saxlanc mərkəzinin mahiyyəti nədir? - VİDEO

CƏMİYYƏT

26 Mart 2026 | 12:00 | Müəllif: Əli Hüseynov

Batareya saxlanc mərkəzinin mahiyyəti nədir? - VİDEO

Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

Bakıvaxtı.az “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinə istinadla xəbər  verir ki,  məlumata görə, dövlət başçısının tapşırığına əsasən qurum tərəfindən iki əsas nöqtədə – paytaxta yaxın yerləşən 500 kV-luq “Abşeron”, həmçinin ölkənin mərkəzindəki 220 kV-luq “Ağdaş” yarımstansiyalarında ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan irimiqyaslı enerji saxlanc mərkəzləri qurulub.

Bu infrastruktur təkcə Azərbaycanda deyil, həm də bütövlükdə MDB məkanında ilk belə layihə olmaqla, regionun ən böyük Batareya Enerji Saxlanc Mərkəzləri hesab edilir.

Yeni enerji obyektinin necə inşa olunması, onun mahiyyəti və ölkənin enerji təhlükəsizliyi baxımından əhəmiyyəti barədə hazırlanan videoçarx təqdim olunur.

 


Batareya saxlanc mərkəzinin mahiyyəti nədir? - VİDEOBatareya saxlanc mərkəzinin mahiyyəti nədir? - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026