• Bakı C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Azərbaycan vətəndaşları Batumidə saxlanıldı

CƏMİYYƏT

09 Mart 2026 | 10:43

Azərbaycan vətəndaşları Batumidə saxlanıldı

Gürcüstanın Batumi şəhərində bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınması, saxlanması və satışına kömək ittihamı ilə Azərbaycan vətəndaşları olan 1998-ci il təvəllüdlü A.Z. və 1999-cu il təvəllüdlü E.F. saxlanılıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. 

    Təqsirləndirilən şəxslərin üzərilərində və müvəqqəti yaşayış yerlərində, eləcə də istintaq eksperimenti zamanı müxtəlif yerlərdən xüsusilə külli miqdarda satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən kokain, qurudulmuş marixuana, metamfetamin, lirika və preqabalin həbləri götürülüb. Polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materialları da müsadirə edib.

    Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməllərinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.


    SON XƏBƏRLƏR

    08 Mart 2026