• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bayden Trampla debatdan sonra tibbi müayinədən keçir - KİV

DÜNYA

04 Iyul 2024 | 08:33

Bayden Trampla debatdan sonra tibbi müayinədən keçir - KİV

ABŞ prezidenti Co Bayden Ağ Evdə demokrat qubernatorlarla qapalı görüşdə keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Dövlət başçısının iş qrafiki ilə tanış olan mənbə qeyd edib ki, Bayden çox güman, soyuqdəymə əlamətləri səbəbindən keçdiyi qısa tibbi müayinəni nəzərdə tutur. Onun sözlərinə görə, bu yoxlamaya ciddi yoxlamalar daxil olmayıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Namizədlər bu ilin yayında keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.

Murad Məmmədli


SON XƏBƏRLƏR

06 Iyul 2024