• Bakı 29° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bayden və Netanyahu HƏMAS-la razılaşma səylərini müzakirə ediblər

DÜNYA

05 Iyul 2024 | 00:31

Bayden və Netanyahu HƏMAS-la razılaşma səylərini müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması səylərini müzakirə edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Telefon danışığı zamanı Bayden Netanyahunun ABŞ, Qətər və Misirdən olan vasitəçilərə razılaşmanı müzakirə etmək üçün səlahiyyət vermək qərarını alqışlayıb.

Prezident və baş nazir ABŞ-İsrail idarələrarası strateji məsləhət qrupunun növbəti iclasının iyulun 15-də keçirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, Bayden mayın 31-də Qəzzada sülh nizamlanmasına dair üç mərhələdən ibarət yeni saziş layihəsinin şərtlərini açıqlamışdı. İsrail hakimiyyəti dəfələrlə bu təklifi dəstəklədiyini bildirib və sazişin əldə olunmasına maneələrin yalnız qarşı tərəfin nümayəndələri tərəfindən yaradıldığını iddia edib.

HƏMAS daha sonra ABŞ-nin Qəzzada atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib.


SON XƏBƏRLƏR

06 Iyul 2024