Prezident Co Bayden Ağ Evdə Donald Trampla görüşü zamanı vurğulayıb ki, Ukraynaya dəstək ABŞ-ın milli təhlükəsizliyinin mühüm elementi olaraq qalır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Prezident Bayden açıq şəkildə bildirdi ki, Ukraynaya davamlı dəstəyin məqsədi ABŞ-a da təsir edə biləcək daha geniş münaqişənin qarşısını almaqdır”, - Sallivan bildirib.
Qeyd edək ki, bu gün Tramp Ağ Evə gələrək, Co Baydenlə görüşüb.