• Bakı 17° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Bayram namazının vaxtı açıqlandı

CƏMİYYƏT

22 May 2025 | 11:35

Bayram namazının vaxtı açıqlandı

Qurban bayramının namaz vaxtı açıqlanıb.

APA xəbər verir ki, QMİ-nin Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir.

"Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа 6-7 iyun Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir", - fətvada bildirilir.


SON XƏBƏRLƏR