• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Bayramov-Blinken-Mirzoyan görüşü nə verəcək?

SİYASƏT

27 Sentyabr 2024 | 09:37

Bayramov-Blinken-Mirzoyan görüşü nə verəcək?

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Nyu-Yorkda keçiriləcək üçtərəfli görüşün sadəcə görüş xətrinə görüş olduğunu düşünürəm".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

Ekspertə görə, ABŞ hökuməti öz erməni tərəfdarlarına, seçicilərinə göstərmək istəyir ki, guya onlar Ermənistan tərəfi kimi tezliklə yarımçıq sülh sazişinin imzalanmasında maraqlıdırlar və buna yönəlik addımlar atırlar:

"Ancaq görüş baş tutsa da, heç bir nəticəsinin olmayacağını düşünürəm. Çox yaxşı bilirik ki, bütün dünya ictimaiyyəti Azərbaycan və Rusiya liderlərinin Bakıda görüşünün şahidi oldu. Yəni Azərbaycan və Rusiya əlaqələrinin nə qədər yaxın olduğunu gördülər. Azərbaycan dünyada yeganə demokratik sivil ölkədir ki, Rusiya liderini qəbul etdi və bunun Putin üçün heç bir ciddi nəticəsi olmadı”.

Fuad Abbasov: Görüş xatirinə görüş olduğu üçün nəticəsiz qalacaq

Müsahibimiz vurğulayıb ki, belə məqamda Azərbaycan və Ermənistan arasında ABŞ-nin təşəbbüsü ilə, həm də NATO zirvəsi çərçivəsində baş tutacaq görüşdən ciddi nəticələrin hasil olacağı inandırıcı deyil:

“Yəni ABŞ-nin görüş təşəbbüsü başqa məqsədə xidmət edir, göstəriş mahiyyəti daşıyır. Görüş xatirinə görüş olduğu üçün nəticəsiz qalacaq".

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş 1,5  saat davam edib. Üçtərəfli görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub.

Aydın Baxış


SON XƏBƏRLƏR