Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.
XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.


















