• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Yediyi balığa görə dörd orqanı kəsildi

DÜNYA

18 Sentyabr 2023 | 15:51

Yediyi balığa görə dörd orqanı kəsildi

40 yaşlı amerikalı Laura Barajas iyul ayında bazardan aldığı “tilapiya” balığını yedikdən sonra az qala öləcəkdi.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Barajas balıq yedikdən bir neçə gün sonra özünü pis hiss edib. Simptomlar o qədər pisləşib ki, xəstəxanaya yerləşdirilib. Son bir neçə ayı xəstəxanada yatan qadın sentyabrın 14-də cərrahiyyə əməliyyatı keçirib. Nəticədə, qadının dörd üzvü amputasiya edilib.

Barajasın dostu "Dodaqları, ayaqları və barmaqları qaralmışdı. Böyrəkləri sıradan çıxmaq üzrə idi. Günlərlə süni nəfəs aparatında qaldı. İndi əlimizdə olanlara şükür etməliyik", - deyə qeyd edib.

Həyatda qalmaq üçün dörd üzvü də kəsilməli olan qadının balıqları düzgün bişirmədən yediyi məlum olub. Balığın ölümcül Vibrio Vulnificus bakteriyası daşıdığı müəyyən edilib.

UCSF Yoluxucu Xəstəliklər Mütəxəssisi Dr. Nataşa Spottisvud bakteriyaların insanlara canlıları yeməklə və ya açıq yaraya toxunmaqla keçə biləcəyini bildirsə də, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) hər il, təxminən, 150-200 yoluxma hadisəsi olduğunu bildirib. Qeyd edilib ki, yoluxanların beşdə biri ölür.

Fərqli balıq növlərinin vibrio vulnificus daşıya biləcəyini bildirən CDC insanların istehlak etdikləri balıqları ən az 62 dərəcə istilikdə bişirmələri lazım olduğunu vurğulayıb.

Mütəxəssislər infeksiyanın xüsusilə immuniteti zəif olanlar üçün təhlükəli olduğunu deyirlər. Bu səbəbdən, həkimlər vurğulayırlar ki, insanların bədənində açıq yara və ya kəsik varsa, etibar etmədikləri suya girməməlidir.

Ay Tac


SON XƏBƏRLƏR