• Bakı 22° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanın COP29-a irəli sürdüyü hədəfləri davam etdirmək vacibdir

CƏMİYYƏT

04 Iyun 2025 | 11:14

Azərbaycanın COP29-a irəli sürdüyü hədəfləri davam etdirmək vacibdir

Azərbaycanın COP29-da ev sahibliyi edərkən irəli sürdüyü cəsarətli hədəflərin həyata keçirilməsini davam etdirmək çox vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Boston Consulting Group"un (BCG) iraçı direktor və tərəfdaşı Anton Kosaç bildirib.

Onun sözlərinə görə, bu il xüsusi bir ildir: "Azərbaycanın ev sahibliyi etdiyi COP-un Braziliyaya keçid etdiyi ildir. "Baku Energy Week" dünyada bu istiqamətdə vəziyyətin necə olduğunu, hansı istiqamətdə irəlilədiyini nümayiş etdirir. Enerji keçidi bütün əks meyillərə baxmayaraq, davam edir və həm də böyüyür. Qürur duyuram ki, bu xüsusi tədbir daha çox enerji keçidinə və "yaşıl mövzular"a yönəlib. Bu mövzular hətta bir neçə il əvvəl belə gündəmə gətirilmirdi. Amma indi müzakirələrin sürətləndiyini görürük və Azərbaycanın COP29-a ev sahibliyi edərkən irəli sürdüyü cəsarətli hədəflərin həyata keçirilməsini davam etdirmək çox vacibdir".

O qeyd edib ki, şirkət Azərbaycan biznesində, ölkəyə investisiya qoyan özəl şirkətlərdə yaxşı irəliləyiş görür: "İnfrastruktur layihələrini, bərpa olunan enerji layihələrini inkişaf etdirirlər. Məsələn, həmin şirkətlər biometan kimi qabaqcıl həllərə və bu bazar üçün vacib olan digər "yaşıl həllər"ə keçirlər. Beləliklə, inanıram ki, bu forum ən istedadlı insanları, tənzimləyiciləri, biznesləri bir araya gətirir və etdiyimiz işlərdə daha praqmatik olmağımıza kömək edən və COP29-dan COP30-a keçid yolunu, cəsarətli ambisiyadan aktiv həyata keçməyimizə kömək edən ideal müzakirəni təşkil edir".


SON XƏBƏRLƏR

05 Iyun 2025