• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Belarus DİN-in nümayəndə heyəti Azərbaycana səfər edib

SİYASƏT

25 Aprel 2025 | 17:00

Belarus DİN-in nümayəndə heyəti Azərbaycana səfər edib

22-24 aprel tarixlərində Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəisi milis general-mayoru Oleq Vladimiroviç Matkinin başçılıq etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olub.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qnaqlar öncə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

    Daha sonra nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib.

    Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, hüquq və azadlıqların təmin olunması, infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqi, kadrların hazırlanması məsələləri müzakirə olunub.

    Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini, Vətən müharibəsi memorial kompleksini və Zəfər muzeyini ziyarət ediblər, Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.


    SON XƏBƏRLƏR