• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO

CƏMİYYƏT

05 May 2025 | 20:01 | Müəllif: Subhan Mahmudov

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO

Azərbaycanda rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.

Sonra Baş nazir A.Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini diqqətə çatdıran nazir K.Heydərov Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq münasibətləri zəminində ötən ilin noyabr ayında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan FHN-in ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda birgə yığılaraq Nazirliyə təhvil verilmiş yanğınsöndürmə texnikaları və onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.


Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTOBelarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026