İtaliyanın ən yoxsul bölgələrindən biri olan Belkastro kəndində bələdiyyə sədri Antonio Torçia sakinlərlə bağlı qəribə qərar verib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, belə ki, bələdiyyə sədri sakinlərə “təcili tibbi yardım tələb edən heç bir xəstəliyə yoluxmamaq” əmri verib.
Kənddə yaşayan 1200 nəfərin təxminən yarısının 65 yaşdan yuxarı olduğunu deyən bələdiyyə sədri ən yaxın təcili yardım xidmətinin kənddən 45 kilometr aralıda olduğunu bildirib. Buraya gedən yolda sürət həddi isə saatda 30 kilometrdir.
"Köməyə ehtiyacınız varsa, tək ümidiniz təcili yardım otağına vaxtında çatmaqdırsa, özünüzü təhlükəsiz hiss etmək çətindir" deyən Torçianın sözlərinə görə, yollar hər hansı bir xəstəlikdən daha böyük risk yaradır.
Kənddə növbətçi həkim məntəqəsi nizamsız fəaliyyət göstərir; həftə sonları, bayram günlərində və ya iş vaxtından kənarda xidmət göstərmir.
Murad Məmmədli