• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Bələdiyyələrin iclasları videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər

Gündəm

24 Iyun 2024 | 12:03

Bələdiyyələrin iclasları videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər

Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin statusu haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.


    SON XƏBƏRLƏR