• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

"Beniz" azadlığa çıxmaq istəyir

SİYASƏT

20 Avqust 2026 | 13:17

Beniz azadlığa çıxmaq istəyir

"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilova apellyasiya şikayəti verib.

Bu barədə Bakıvaxtı.az-a tiktokerin vəkili Salman Qasımlı məlumat verib.

Vəkil birinci instansiya məhkəməsinin qərarı razılaşmadıqlarını və müvəkkilinin günahsız olduğunu bildirib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgi münasibətində olublar.

Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş tiktokerdən şikayətçi olmadığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026