Hörmüz boğazı bağlanmayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.
“Hörmüz boğazı bağlı deyil və gediş-gəliş İran silahlı qüvvələrinin nəzarəti altında həyata keçirilir”, - İran XİN sözçüsü qeyd edib.
O, eyni zamanda, nüvə danışıqlarına toxunaraq bildirib ki, İran ABŞ-a heç vaxt güvənməyib və danışıqlar etimadsızlıq şəraitində aparılıb.
"Yaranmış vəziyyətin məsuliyyəti tamamilə ABŞ-a aiddir", - Bəqayi vurğulayıb.
Bakı 




