• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib

CƏMİYYƏT

21 Iyun 2024 | 17:42

Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqlənməyib

Bəzi kütləvi informasiya vasitələrində iyunun 16-da Bərdə rayonunun Zümürxan kəndində yaşayan 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi yardım göstərilib, müayinələrin aparılması üçün müvafiq nümunələr götürülübş Baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb:

"Araşdırmaların nəticəsinə əsasən, hadisənin qida zəhərlənməsindən baş vermədiyi məlum olub. Həkimlər tərəfindən xəstələrə “Qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıb"


SON XƏBƏRLƏR

02 Iyul 2025