• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Berdiməhəmmədov Azərbaycan səfirini təltif etdi - FOTO

SİYASƏT

25 Dekabr 2025 | 16:59

Berdiməhəmmədov Azərbaycan səfirini təltif etdi - FOTO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının səfiri Qismət Gözəlovu təltif edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif edilib.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov təltifləri Qismət Gözəlova təqdim edib.


SON XƏBƏRLƏR