• Bakı 22° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Berezutski "Qarabağ"a qalib gəlməsindən danışdı

İDMAN

31 May 2025 | 23:14

Berezutski Qarabağa qalib gəlməsindən danışdı

"Qarabağ" əla komandadır. Çox maraqlı oyun keçdi. Futbolçularıma, komandamızın qalib gələcəyinə inanırdım.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun finalında "Qarabağ"ı 3:2 hesabı ilə üstələdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis komandadakı gələcəyi ilə bağlı verilən suala belə cavab verib:

"Gələcək barədə indidən danışmaq üçün tezdir, nəsə demək düzgün olmaz. Sonda hər şey bəlli olacaq. Klub rəhbərliyi ilə bu barədə danışacağıq".

Qeyd edək ki, kubokun qalibi olan "Sabah" növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.


SON XƏBƏRLƏR

15 Iyun 2025