• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Betonqarışdıran avtomobil dayanacağa aşdı - Ölən var

HADİSƏ

18 Oktyabr 2023 | 09:13

Betonqarışdıran avtomobil dayanacağa aşdı - Ölən var

Abşeronda yol qəzası zamanı betonqarışdıran yük avtomobili aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili qarşı yoldan gələn “BMW” markalı avtomobillə toqquşub. Nəticədə yük avtomobili sürüşərək yolun kənarındakı avtobus dayanacağına aşıb və dayanacaq uçub. Bu zaman dayanacaqda olan piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədova hadisə yerində ölüb.

Cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026