Oktyabrın 30-da saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: "1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir".
***19:19
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində olub.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı maşınla toqquşub.
Nəticədə avtomobildə olan 4 nəfər - 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Bakı 


