• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə obyektinə nəzarəti gücləndirir

DÜNYA

23 Noyabr 2022 | 00:06 | Müəllif: Subhan Mahmudov

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə obyektinə nəzarəti gücləndirir

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Fordodakı nüvə obyektinə nəzarəti gücləndirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Agentliyin baş direktoru Rafael Qrossi bildirib. O, qeyd edib ki, İran mövcud iki IR-6 sentrifuqa kaskadından istifadə etməklə uranı 60 faizə qədər zənginləşdirib.

Onun sözlərinə görə, nüvə obyektində UF6 (uran heksaflorid) istehsalına başlanılıb.

Bundan əvvəl BAEA Şurası İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə, sənədləri təqdim etməyə və bu obyektlərə girişi təmin etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026