• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Beynəlxalq Valyuta Fondu: İnflyasiya ilə mübarizə davam etməlidir

İQTİSADİYYAT

25 Yanvar 2025 | 14:14 | Müəllif: Gülşən Şərif

Beynəlxalq Valyuta Fondu: İnflyasiya ilə mübarizə davam etməlidir

"İndiyə qədər ilk dəfədir ki, inflyasiya azaldılır, ancaq faiz dərəcələri hələ yüksəkdir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) deyib.

O, bildirib ki, bu sahədə mühüm irəliləyişlər əldə edilib, lakin hələ də atılmalı addımlar var.

Georgieva ABŞ-nin məhsuldarlıq sahəsində Avropa İttifaqından (Aİ) xeyli irəlidə olduğunu xatırladıb və məhsuldarlığın artırılması üçün sahibkarlara müxtəlif imkanlar təqdim edilməli olduğunu qeyd edib.

O, Aİ-də məhsuldarlığın artırılması üçün kapital bazarlarının və daxili bazarın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026