• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 Aprel 2024 | 09:11

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb.

    Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax, Qrız, Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3 mm-dək olub.

    Aprelin 23-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub.


    SON XƏBƏRLƏR

    05 May 2024
    04 May 2024