• Bakı 18° C

    2.02 m/s

Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

HADİSƏ

20 Iyul 2021 | 21:26

Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.

Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026