Biləsuvarda yol qəzası olub, biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.
Minik avtomobilinin "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayevdir. Onlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Report












jpg-1703680226.webp)



