• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Binəqədidə yaşlı qadın gölməçədə ÖLDÜ - FOTO

HADİSƏ

13 Dekabr 2023 | 13:05

Binəqədidə yaşlı qadın gölməçədə ÖLDÜ - FOTO

Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.

Bakıvaxtı.az “Baku TV”yə istinadən xəbər verir ki, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.

Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.


Binəqədidə yaşlı qadın gölməçədə ÖLDÜ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026