Sosial şəbəkələrdə yayılan doğum haqqında şəhadətnamənin fotosu diqqət çəkib.
Bakıvaxtı.az-ın məlumatına görə, şəhadətnaməni ön plana çıxaran məqam isə yeni doğulan körpənin adının Həşimov Polad olmasıdır.
Bu ilin iyunun 23-də dünyaya gələn körpənin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla adaş olması maraqla qarşılanıb.
Və bir çoxunun beynində eyni fikir yaranıb: Bir ölər, min dirilərik...
Qeyd edək ki, Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci il tarixdə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid general-mayor ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb./Qafqazinfo