• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bir sıra bölgələrdə tədrisin dayandırılmaması..." - Emin Əmrullayev

CƏMİYYƏT

03 Aprel 2021 | 16:28

"Bir sıra bölgələrdə tədrisin dayandırılmaması..." - Emin Əmrullayev

Bir sıra bölgələrdə tədrisin dayandırılmaması düzgün qərardır. Amma ayrı-ayrı yerlərdə yoluxma riksi yarandıqda onlar da distant formaya keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bəzi rayonlarda gündəlik yoluxma halı 3-4-dür: “Bunların hər biri lokal xarakter daşıyır. Buna görə də bütün ölkə üzrə məktəblərdə kütləvi qapanmaya gedilmədi. Bəziləri hesab edirlər ki, müəllimlər üçün yoluxma riski artır. Bəli, bu, belədir. Amma bütün vətəndaşlar bu risklə üz-üzrədir. Hesab edirəm ki, müəllimlərin böyük sevinci onların şagirdlərlə üz-üzə dərs keçməsidir”.

Təhsil nazirinin sözlərinə görə, məktəblərdə son günlər ərzində davamiyyətin kəskin aşağı düşməsi müşahidə edilirdi. Bakı, Suqmayıt, Abşeron, Şəki və Gəncədə tədrisin dayandırılması barədə qərar verilərkən bu amil də nəzərə alınıb.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026