"Birinci siniflərə qəbul imtahanının keçirilməsini mən də pedaqoji və nəzəri baxımdan düzgün qəbul etmirəm".
Bunu bu gün keçirilən brifinqdə Bakıvaxtı.az-ın əməkdaşının sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun spzlərinə görə, lakin bir sıra məktəblər var ki, valideynlər israrla şagirdinin o məktəbdə oxumağını istəyir: "Belə olan halda, həmin məktəbdə say etibarilə şagird çoxdursa, imtahan keçirilir. Bizim 4400 məktəbimizin sadəcə 30-35-də birinci siniflərə qəbul imtahanı keçirilir".
Nazirə görə, elə spesifik məktəblər var ki, orda imtahan mütləq keçirilməlidir: "Məsələn, İncəsənət Gimnazsiyasına, Bülbül adına Orta ixtisas musiqi məktəbinə qəbul müsabiqə əsasında keçirilir. Çünki uşağın dinləmə qabiliyyəti, incəsənət qavrayışı yoxlanılmalıdır".
E.Əmrullayev bildirib ki, bundan əlavə rus bölmələrinə qəbul imtahanla aparılır: "Bunun da səbəbi qeyd etdiyim kimi, məktəblərdə şagird çoxluğu ilə bağlıdır".
Nuranə Daxilqızı
Bakı 



