• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

“Bitcoin” ucuzlaşdı

İQTİSADİYYAT

29 Avqust 2026 | 09:03

“Bitcoin” ucuzlaşdı

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərdə eniş müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,63% ucuzlaşaraq 77 621,18 ABŞ dollarına enib.

    “Ethereum” 1,94% azalaraq 2 438,97 dollara, BNB 2,70% ucuzlaşaraq 690,04 dollara düşüb. “Bitcoin Cash” 6,77%, “Bittensor” isə 3,70% ucuzlaşıb. “Zcash” 1,30%, “Monero” isə 1,43% bahalaşıb.

    Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 2,44% azalaraq 4 461,17 dollara, “Tether Gold” (XAUT) isə 2,40% ucuzlaşaraq 4 458,11 dollara enib.

    Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 2,21% azalaraq 2,62 trilyon dollara düşüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Avqust 2026