• Bakı 16° C

    7.26 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

BMT-də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı ÇAĞIRIŞ EDİLDİ

SİYASƏT

27 Sentyabr 2025 | 16:46

BMT-də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı ÇAĞIRIŞ EDİLDİ

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında məlumat dərc olunub. 

Məlumata görə, E.Məmmədov sessiya çərçivəsində "Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi" mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib.

Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025