• Bakı 12° C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

BMT: Gürcüstanda qanunsuz həbs edilənlər azad edilməlidir

DÜNYA

29 Yanvar 2025 | 14:37

BMT: Gürcüstanda qanunsuz həbs edilənlər azad edilməlidir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi Gürcüstanda baş verən hüquq pozuntuları ilə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az "İnterPress.ge"yə istinadən xəbər verir ki, hesabat müstəqil ekspertlər tərəfindən hazırlanıb.

Hesabatda bildirilib ki, Gürcüstanda təhlükəsizlik qüvvələri və kimlikləri müəyyən olmayan şəxslər tərəfindən sülh yolu ilə keçirilən etiraz aksiyalarında iştirak edənlərə, insan hüquqları müdafiəçilərinə və jurnalistlərə qarşı fiziki zorakılıq, təhdid, hədə-qorxu və intiqam alma halları müşahidə olunub.

Müstəqil ekspertlərə görə, etirazçılara və sonradan həbs edilən şəxslərə qarşı tətbiq edilən zorakılıq halları işgəncə kimi qiymətləndirilə bilər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 Aprel 2025