Qəzza zolağında elektrik generatorları və nəqliyyat vasitələri üçün yanacaq ehtiyatları demək olar ki, tamamilə tükənib.
Bakıvaxtı.az "The Washington Post"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanacaq ehtiyatlarının tükənməsi mühüm obyektlərin fəaliyyətinin yaxın gələcəkdə dayandırılmasına səbəb ola bilər. Yanacaq tədarükü dərhal bərpa olunmasa, bütün humanitar yardımlar tezliklə dayana bilər.
OCHA nümayəndəsi bildirib ki, Qəzzaya yeni yanacaq tədarükü İsrail hakimiyyət orqanları tərəfindən qoyulmuş ciddi məhdudiyyətlərə məruz qalır. İsrailin Qəzza əhalisini anklavın cənubuna köçürmək üzrə hərəkətlərini nəzərə alaraq, BMT mütəxəssisləri də bu əraziyə yanacaq daşımağa çalışırlar. Yanacağın daşınması ilə bağlı müraciətlər İsrail tərəfindən rədd edilir.
Gülşən Şərif