• Bakı 25° C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.893

    RUB - 0.0186

BMT: Qəzza zolağının yarım milyona yaxın sakini...

DÜNYA

17 Iyul 2024 | 21:00

BMT: Qəzza zolağının yarım milyona yaxın sakini...

Qəzza zolağında yarım milyona yaxın insan dəhşətli dərəcədə kəskin qida çatışmazlığı ilə üzləşib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin qurumun Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası üçün hazırladığı və onun ofisinin rəhbəri Erl Korteney Rattrey tərəfindən yayılan bəyanatında deyilir.

Mətndə, həmçinin vurğulanır ki, anklavın yanacaq təchizatında yaranan fasilələr su, gigiyena məhsulları və səhiyyə xidmətlərinə çıxışı kəskin şəkildə azaldır.

“Münaqişə tərəfləri bu problemləri həll etmək üçün davranışlarını dərhal və köklü şəkildə dəyişməlidirlər”, - o deyib.

A.Quterriş, həmçinin girovların azad edilməsi və atəşkəsin əldə olunması üçün danışıqların müəyyən müvəffəqiyyətlə davam etdiyini bildirib.

“Tərəflər indi razılığa gəlməlidirlər. Qəzzada humanitar vəziyyət hamımız üçün mənəvi qara ləkədir”, - BMT rəhbəri qeyd edib.


SON XƏBƏRLƏR

29 Avqust 2024